Sumqayıtda sursat aşkarlanıb. Sumqayıt24 bu haqda 17 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə dünən 53-cü məhəllədə baş verib. Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu və hüquq-mühafizə orqanı əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görüblər. Sonra hadisə yerinə baxış keçirilib və sursatın 9M22Y 122mm-lik “Qrad” mərmisi olduğu müəyyən edilib.
Sursat zərərsizləşdirilməsi üçün ərazidən kənarlaşdırılıb.
Hadisə yerində və ətraf ərazidə əlavə axtarış aparılıb. Hər hansı təhlükəli və ya şübhəli əşya tapılmayıb.