top
Bu gün birinci xanım Mehriban Əliyevanın doğum günüdür
25 avqust 2024, 13:23
- +

Bu gün birinci xanım Mehriban Əliyevanın doğum günüdür

Bu gün birinci xanım Mehriban Əliyevanın doğum günüdür.

Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Əliyeva 1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi bitirib və N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Burada təhsilini başa vurduqdan sonra o, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda təhsilini davam etdirib. Mehriban Əliyeva, həmçinin burada 1988-1990-cı illərdə “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib. O, 1990-1995-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi ilə Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda çalışıb.

Mehriban Əliyeva hazırda onun təşəbbüsü ilə 1995-ci ildə təsis olunan Azərbaycan Mədəniyyət Fonduna rəhbərlik edir. 1996-cı ildə o, Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan – İrs” jurnalını təsis edib. Əliyeva 2002-ci il oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilib.

Mehriban xanım 2004-cü il may ayının 10-da rəsmi açılışı olan Heydər Əliyev Fonduna rəhbərlik edir. O, 2004-cü ildən UNESCO-nun və 2006-cı ildən ISESCO-nun Xoşməramlı səfiridir. 2004-cü ilin dekabrında isə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-nın İcraiyyə Komitəsinə üzv seçilib. Bundan başqa, 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə Partiyanın sədr müavinidir.

Mehriban Əliyeva 2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.

Əliyeva 2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunub. Mehriban Əliyeva Azərabycanda və dünyada fəaliyyətinə görə bir çox orden və medallara layiq görülüb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:30

Şəhidin yeganə övladı da məktəbli oldu

Bütün xəbərlər
Bu gün, 18:05

"Buxar Sumqayıt"ın məşqçisi: "Oyunçu sayının azlığı Avropa Liqasındakı yeganə çətinlikdir"

Bütün xəbərlər
Bu gün, 17:40

Sarayda "zebra" var, amma sürücülər piyadalara yol vermir

Bütün xəbərlər
Bu gün, 17:28

Sumqayıt-Cəbrayıl marşrutu üzrə müsabiqənin qalibi açıqlandı

Bütün xəbərlər
Bu gün, 17:05

Sumqayıtlıları çətin duruma salan su problemi - açıqlama

Bütün xəbərlər
Bu gün, 16:34

Sumqayıtda uşaqları ilk qəbul edən məktəb hansıdır? - SUMQAYİT24.AZ-ın ARAŞDIRMASI

Bütün xəbərlər
Bu gün, 16:00

Sumqayıtda yaşayış binasını həşərat basıb

İdman
Bu gün, 15:23

Sumqayıtlı çempion azarkeşlərlə görüşüb, avtoqraflar paylayıb

Bütün xəbərlər
Bu gün, 14:50

Sumqayıtda sabah hava dumanlı ola bilər

Bütün xəbərlər
Bu gün, 14:20

Sumqayıtda tullantı məntəqələri yarım milyon manata abadlaşdırılacaq

Bütün xəbərlər
Bu gün, 13:50

SDU-nun rektoru tələbələrə: "AI-nin hər dediyinə inanmayın"

Bütün xəbərlər
Bu gün, 13:20

Sumqayıtda lövhə qəzaya səbəb ola bilər - VİDEO

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda gecə kabusu: "İydən boğulurduq"

İdman
Bu gün, 12:05

"Sumqayıt" - "Şamaxı" matçını bu sayda azarkeş izləyib

Bütün xəbərlər
Bu gün, 11:35

Sumqayıtda 2026–2027-ci tədris ili start götürdü - RƏQƏMLƏR

Bütün xəbərlər
Bu gün, 11:05

Pakistanlı ata-oğulu öldürmək istəyən şrilankalılar Sumqayıt məhkəməsinin hökmündən narazıdırlar

Bütün xəbərlər
Bu gün, 10:35

Sumqayıtda şəhid jurnalistin oğlu üçün ilk zəng çalınır

Bütün xəbərlər
Bu gün, 09:53

19 yaşında Vətən üçün canından keçən Nicatın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:23

124 min uşaq üçün ilk zəng çalınır

Bütün xəbərlər
Bu gün, 07:00

Azərbaycanda bu gün Bilik Günüdür

Bütün xəbərlər
Dünən, 19:30

Sumqayıtlı aktirsa: "Evindən xəbəri olmayan sənə ağzına gələni yazır"

Bütün xəbərlər
Dünən, 19:00

SDU aliminin məqaləsi nüfuzlu jurnalda

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıtda çayxana səkiyə "çıxıb"? - İDDİA

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtda mağaza açıldı, qonşu obyektə ziyan vuruldu

Oxşar xəbərlər