“Nar” ultrlasürətli 5G texnologiyasını Sumqayıtda test rejimində təqdim edir. Sumqayıt24 bu haqda 17 may tarixində xəbər verir.
Bununla da “Nar” paytaxtdan kənara 5G-ni çıxaran ilk mobil şəbəkə oldu. Abunəçilər texnologiyanı “Nar” mağazasında (2-ci mkr., Sülh küçəsi, 34) yoxlaya bilərlər.
İlk dəfə 5G-yə qoşulan abunəçilərə 10 GB pulsuz internet trafiki veriləcək. Bunun üçün *775#YES kodunu yığmaq gərəkdir.