top
6 noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür
06 noyabr 2025, 11:31
- ↺ +

6 noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hər il noyabrın 6-sı ölkəmizdə radio və televiziya işçilərinin peşə bayramı – Azərbaycan Televiziyası və Radiosu Günü kimi qeyd olunur. Bu gün Azərbaycan televiziyasının 69, radiosunun isə 99 yaşı tamam olur.

Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günündə ekranda Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" sözləri ilə başlayıb. Həmin gün tamaşaçılara "Bəxtiyar" bədii filmi nümayiş olunub.

Azərbaycan Televiziyası yarandıqdan sonra bu tarix həm radionun, həm də teleradionun yaranma günü kimi qeyd edilməyə başlanıb. 1956-cı ildə Bakıda polad bloklardan yığılmış 180 metrlik ilk televiziya qülləsi inşa olunub və həmin ilin 14 fevralında TV vericisi vasitəsilə ağ-qara təsvirlə "AzTV1" efirə çıxıb.

1957-ci il iyunun 28-də ilk dəfə səyyar televiziya vasitəsilə Respublika stadionundan canlı yayım həyata keçirilib. 1961-ci ildə Gəncə, Göyçay və Şuşada güclü, 1962-ci ildə isə Naxçıvanda kiçik güclü TV stansiyaları və studiya qurulub. 1967-ci ildən etibarən ağ-qara yayımdan rəngli televiziya (SECAM sistemi) yayımına keçilib.

1997-ci ildə "I Respublika" və "Araz" radioproqramları Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanmağa başlayıb. 2012-ci ildə kompleksdə IPTV baş stansiyası qurularaq provayderlərə IPTV kontentinin ötürülməsinə start verilib. Həmin il "Azərbaycan" və "İctimai" radioları, eləcə də "İctimai Televiziya" proqramlarının HD formatda yayımı həyata keçirilib.

20 dekabr 2016-cı ildə ölkə üzrə analoq TV yayımı tam dayandırılıb və rəqəmsal yayıma keçid başa çatdırılıb. Rəqəmsal yayım televiziya proqramlarının daha yüksək keyfiyyətlə qəbuluna, tezlik resurslarından səmərəli istifadəyə və çoxsaylı kanalların yerüstü efir vasitəsilə yayımlanmasına imkan verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Teleradio" İstehsalat Birliyi 2019-cu ildə Fatmayı–Sumqayıt–Xızı–Dağbilici–Yergüc–Quba istiqamətində 185 km uzunluğunda radio-rele xəttinin rəqəmsal rekonstruksiyasını başa çatdıraraq istismara verib. Bu işlər ölkə üzrə radio və TV proqramlarının regionlara çatdırılmasını təmin edib.

2016-cı ildə isə fors-major hallar və profilaktik işlər zamanı Bakı və Abşeronda fasiləsiz yayımı təmin etmək üçün əsaslı təmir-bərpa işləri aparılaraq 1 nömrəli radiostansiya bazasında Alternativ radio-televiziya yayım stansiyası yaradılıb.

2019-cu ilin avqustundan etibarən "Teleradio" İB tərəfindən ölkədə ilk dəfə olaraq Bakı və Abşeron yarımadasında DAB+ standartı ilə rəqəmsal radionun test yayımına başlanılıb. Hazırda 218.6 MHz (11B) tezliyində bir paketdə 12 radio proqramının rəqəmsal qəbulu mümkündür.



Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Bu gün, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 12:17

Sumqayıtda 5 nömrəli avtobus sakinləri cana yığıb - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Bu gün, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
Dünən, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
Dünən, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
Dünən, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
Dünən, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
Dünən, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
Dünən, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda sürücülər doğum şöbəsinin yolunu zəbt edib?

Bütün xəbərlər
Dünən, 12:26

Sumqayıtda binanın zirzəmisində acınacaqlı durum

Bütün xəbərlər
Dünən, 11:38

Azərbaycanda gələn il bütün köhnə avtobuslar yenilənəcək

Bütün xəbərlər
Dünən, 10:37

SDU rəhbər vəzifələrə işçi axtarır

Bütün xəbərlər
Dünən, 10:02

Sumqayıt Apellyasiya Məhkəməsi qızına xəsarət yetirən atanın şikayətini təmin etmədi

Bütün xəbərlər
Dünən, 09:15

SDU-da əcnəbi tələbələr üçün orientasiya görüşü keçirilib

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Oxşar xəbərlər