top
7 nömrədə cibgirlik etdi - TUTULDU
07 iyul 2026, 11:55
- ↺ +

"7 nömrə"də cibgirlik etdi - TUTULDU

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində avtobuslarda iki sərnişinin mobil telefonunu oğurlayan və üzərində metamfetamin saxlayan şəxs məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.

Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs əvvəlcə 7A nömrəli marşrut avtobusunda sərnişinin gödəkçəsinin cibindən 190 manat dəyərində "Xiaomi Redmi A5" markalı mobil telefonu gizli yolla talayıb. Daha sonra həmin gün digər marşrut avtobusunda daha bir sərnişinin cibindən 200 manat dəyərində "Xiaomi Redmi 12C" markalı mobil telefonu oğurlayıb. Nəticədə zərərçəkmişlərə ümumilikdə 390 manat məbləğində maddi ziyan dəyib.

İstintaqla həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan 0,746 qram çəkidə metamfetamin əldə edərək üzərində saxlayıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı o saxlanılıb və üzərinə baxış keçirilərkən psixotrop maddə aşkar olunaraq götürülüb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs elan olunan ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində cinayətləri maddi imkansızlıq səbəbindən törətdiyini, hadisədən təxminən 37 gün əvvəl cəzaçəkmə müəssisəsindən azad olunduğunu bildirib. Onun sözlərinə görə, oğurladığı telefonlardan birini Bakı şəhərində 40 manata, digərini isə Xırdalan şəhərində 30 manata satıb.

Təqsirləndirilən şəxs həmçinin narkotik istifadəçisi olduğunu, metamfetamini 20 manata aldığını və saxlanıldığı zaman üzərində aşkarlanmış maddənin şəxsi istifadəsi üçün olduğunu deyib. O, törətdiyi əməllərdən peşman olduğunu, II qrup əlil olduğunu və himayəsində bir azyaşlı övladının olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinib. Ona oğurluq epizodlarına görə 3 il, psixotrop maddənin qanunsuz əldə edilməsi və saxlanılmasına görə isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzalar qismən toplanılaraq təqsirləndirilən şəxsə qəti olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Mənbə: Hit.az

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
Bu gün, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
Bu gün, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
Bu gün, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
Bu gün, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Bütün xəbərlər
Bu gün, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda yolun müəyyən hissəsinin zəbt edilməsinə etiraz

Bütün xəbərlər
Bu gün, 14:20

SDU tələbələrinin süni intellekt layihəsi 60 komanda arasında SEÇİLDİ

Bütün xəbərlər
Bu gün, 13:40

Uşaqlıq arzusunu gerçəkləşdirdi - Sumqayıtdan Gəncəyə piyada getdi

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi

İdman
Bu gün, 12:30

"Sumqayıt" bu gün "Zirə" ilə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 12:00

Sumqayıt hansı hava ilə nəfəs alır? Son aylarda şəhərin ekoloji vəziyyəti ilə bağlı nələr məlum olub? - ARAŞDIRMA

Bütün xəbərlər
Bu gün, 11:13

Sumqayıtda yolların təmirinə 2,4 milyon manat ayrılıb

Bütün xəbərlər
Bu gün, 10:00

Coratda avtobus dayanacağı ilə bağlı şikayət nəticə verdi

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtda fəhlə vakansiyası elan edildi - ŞƏRTLƏR

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən Müharibəsinin 27-ci günü baş verənlər - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:57

Sumqayıtlı model: "TikTok"a görə 1000 manat vergi borcu yazıblar"

İdman
Dünən, 17:20

Ağır qəzaya düşən sumqayıtlı cüdoçu idmana nə vaxt qayıdacaq?

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda zibil qutularının dolub-daşdığı ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:37

Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanıldı

Kriminal
Dünən, 16:23

Sumqayıtda çay evində BIÇAQLANMA - 64 yaşlı kişi tutuldu

Bütün xəbərlər
Dünən, 16:17

Sumqayıt məhkəməsində anasını öldürən şəxsə hökm oxundu

Oxşar xəbərlər