top
7 noyabr 2020 — Yeni zəfərlər, azad edilən kəndlər və düşmənin son təxribatları
07 noyabr 2025, 00:02
- ↺ +

7 noyabr 2020 — Yeni zəfərlər, azad edilən kəndlər və düşmənin son təxribatları

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci ilin noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutdu.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində müxtəlif intensivliklə davam edirdi. Düşmən bir sıra sahələrdə şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının mövqeləri Ordumuz tərəfindən artilleriya atəşinə tutuldu. Nəticədə düşmən arasında ölən və yaralananlar oldu, bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarıldı. Ordumuzun əməliyyatı zamanı düşmənin 6-cı dağatıcı alayının 1-ci taboru da itkilər verdi, D-30 artilleriya divizionunun 3-cü batareyasının topları məhv edildi.

Məğlubiyyətini qəbul etməyən düşmən döyüş meydanında uğursuzluqlarının acığını dinc əhalidən çıxmağa çalışırdı. 7 noyabrda Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtərin Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədinin Yuxarı Qiyaməddinli, Ağdamın Çullu və Çıraqlı, Bərdənin Əyricə kəndlərini artilleriya atəşinə tutdu. Nəticədə bir mülki şəxs həlak oldu.

Ermənistan mediası isə guya Azərbaycanın Qubadlı rayonu ərazisindən Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması barədə məlumat yaydı. Müdafiə Nazirliyi bu xəbərin dezinformasiya olduğunu açıqladı. Əksinə, məhz Ermənistan silahlı qüvvələri Ermənistan ərazisindən Qubadlının işğaldan azad olunmuş kəndlərini və Ordumuzun mövqelərini intensiv atəşə tuturdu.

Azərbaycan Ordusu isə yalnız öz sərhədlərimiz daxilində düşmənin atəş nöqtələrinə qarşı adekvat cavab tədbirləri görürdü.

Döyüşlər davam edərkən Müdafiə Nazirliyi işğaldan azad olunan kəndlərimizdən videogörüntülər paylaşırdı. 7 noyabrda Cəbrayıl rayonunun azad edilmiş kəndlərinin görüntüləri yayımlandı.

Günün ən sevindirici xəbəri isə Prezident, Ali Baş Komandan İlham Əliyevdən gəldi. Dövlət başçısı "Twitter" hesabında Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar; Cəbrayılın Yuxarı Məzrə, Yanarhac; Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı; Zəngilanın Beşdəli; Xocalının Qarabulaq, Moşxmaat və Xocavəndin Ataqut, Tsakuri kəndlərinin işğaldan azad edildiyini elan etdi.

Vətən müharibəsinin ən böyük və sevincli xəbərini eşitməyimizə isə artıq cəmi iki gün qalırdı.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Bu gün, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 12:17

Sumqayıtda 5 nömrəli avtobus sakinləri cana yığıb - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Bu gün, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
Dünən, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
Dünən, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
Dünən, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
Dünən, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
Dünən, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
Dünən, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda sürücülər doğum şöbəsinin yolunu zəbt edib?

Bütün xəbərlər
Dünən, 12:26

Sumqayıtda binanın zirzəmisində acınacaqlı durum

Bütün xəbərlər
Dünən, 11:38

Azərbaycanda gələn il bütün köhnə avtobuslar yenilənəcək

Bütün xəbərlər
Dünən, 10:37

SDU rəhbər vəzifələrə işçi axtarır

Bütün xəbərlər
Dünən, 10:02

Sumqayıt Apellyasiya Məhkəməsi qızına xəsarət yetirən atanın şikayətini təmin etmədi

Bütün xəbərlər
Dünən, 09:15

SDU-da əcnəbi tələbələr üçün orientasiya görüşü keçirilib

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Oxşar xəbərlər