Bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi yekunlaşır. Bu haqda 19 avqust tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Qeyd edək ki, ixtisas seçimi avqustun 9-dan başlayıb.