Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nümayəndələri Sumqayıtda sahibkarlarla görüşüblər. Sumqayıt24 bu haqda 29 aprel tarixində xəbər verir.
Görüş Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təşkil edilib. Açıq məkanda reklamı olan sahibkarlar arasında əlaqələrin qurulmasının əhəmiyyəti vurğulanıb, Sumqayıt Regional Reklam İdarəsinin İcazə və razılaşdırma şöbəsinin müdiri Zaur Nəbiyev iştirakçıların suallarını cavablandırıb.
Bu sahədə qanunvericiliyə edilən son dəyişikliklər barədə məlumat verilib.