H.Z. Tağıyev qəsəbəsində dəmir yolu yaxınlığında fəaliyyət göstərən fermerlərlə görüş keçirilib. Sumqayıt24 bu haqda 24 iyul tarixində Azərbaycan Dəmir Yollarına (ADY) istinadən xəbər verir.
Onlara mal-qaranı dəmir yolundan keçirərkən heyvanlar üçün ayrılmış xüsusi yerdən istifadə etmələri, qatarların intensiv qrafikini nəzərə alaraq, onları dəmiryol ərazisinə nəzarətsiz buraxmamaları tövsiyə olunub.
Qeyd edək ki, bu ilin 6 ayı ərzində qatarlar 19 dəfə nəzarətsiz buraxılmış mal-qaranı vurub. Qatarlar ciddi zərər görüb, heyvanlar tələf olub, sahibləri isə cərimələniblər.