Bakı-Quba yolunun Sumqayıtdan (H.Z.Tağıyev qəsəbəsi) keçən hissəsində ağır qəza baş verib.
Sumqayit24.az-ın məlumatına görə, yüksək sürətlə hərəkət edən “İnfinity” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Sürücü, 1977-ci il təvəllüdlü Həsən Şamil oğlu Şabanov yerindəcə keçinib, maşında olan sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.