Çerkassı küçəsində ağır qəza olub. Sumqayıt24 bu haqda 29 may tarixində Report.az-a istinadən xəbər verir.
Ərazidə dünən axşam "Nissan" və "Kia" markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı ikinci maşında olan üç nəfər yaralanıb. Onlar Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Qəzanın səbəbi araşdırılır.