Sumqayıtda ödənişsiz göz müayinəsi aksiyası keçirilib. Bu haqda 1 aprel tarixində Sumqayıt24 "ASAN Könüllüləri"nə istinadən xəbər verir.
Aksiya "ASAN Könüllüləri" və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
1 saylı Sumqayıt regional "ASAN Xidmət" mərkəzinin qarşısında baş tutan aksiyada şəhərin aztəminatlı ailələrinin üzvləri, fiziki məhdudiyyətli şəxslər və dövlət qurumlarının əməkdaşlarının ailə üzvləri iştirak ediblər.