top
Alıcıları aldadan Baku Electronicsə qarşı TƏDBİR GÖRÜLÜB
18 noyabr 2025, 15:05
- ↺ +

Alıcıları aldadan "Baku Electronics"ə qarşı TƏDBİR GÖRÜLÜB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi haqsız rəqabətə yol verən 6 təsərrüfat subyektinə qarşı tədbir görüb.

Sumqayit24.az xəbər verir ki, quruma daxil olan şikayətlər əsasında 6 təsərrüfat subyekti – "Baku Electronics", "ABC Telecom" və "Trust Lux" MMC-lər, eləcə də fiziki şəxslər Quliyev Pərviz Məmmədhüseyn oğlu, Qurbanov Vüsal Nəriman oğlu və Vəliyev Dadaş Azadəli oğlu barəsində rəqabət qanunvericiliyinin tələblərinə uyğun olaraq ilkin araşdırma aparılıb və haqsız rəqabətə yol verilməsi əlamətləri aşkar olunub.

Qeyd olunan təsərrüfat subyektləri haqqında rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və işə baxılması üzrə müvafiq qərarlar qəbul edilib.

İşə baxılmanın yekununda "Baku Electronics"in "YOSHIRO" markalı məişət texnikası və elektronika məhsullarının reklamı və satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə etdiyi, məhsulların faktiki istehsal ölkələrinin Çin və Özbəkistan olmasına baxmayaraq, məhsulların reklamı zamanı, eləcə də qablaşdırmasında "Yapon ənənəsi", "Yapon keyfiyyəti" kimi ifadələrdən istifadə etməklə onların Yaponiyada istehsal olunduğu təəssüratı yaratdığı, həmçinin məhsullar barədə həqiqətə uyğun olmayan üstünlüklərin təqdim olunması ilə haqsız reklamdan istifadə etdiyi və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozduğu müəyyən olunub.

Həmçinin "ABC Telecom"un "HOFFMANN" markalı elektrik qızdırıcılarının satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə etdiyi, məhsulların faktiki istehsalçısının Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə etməklə onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaratdığı və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozduğu müəyyən edilib.

"Trust Lux" isə "Y.A.Ş" əmtəə nişanlı bir sıra sanitar-texniki məhsulların faktiki istehsal ölkəsinin Çin olmasına baxmayaraq, qablaşdırmada Türkiyəyə aid məlumatlar, xəritə təsviri, ştrixkod və türk dilində ifadələrdən istifadə edərək onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaradıb, eləcə də məhsulların mənşəyi və xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə istehlakçıları çaşdırıb və bu hallar Rəqabət Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilib.

Bundan əlavə, sahibkar Quliyev Pərviz Məmmədhüseyn oğlu fəaliyyət göstərdiyi obyekt və sosial şəbəkələrdə reklam zamanı başqa sahibkara məxsus "ZAGAR BAKU" əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verib və Rəqabət Məcəlləsinin tələblərini pozub.

Digər sahibkar Qurbanov Vüsal Nəriman oğlu "AUXs" adlı kontrafakt kondisionerlərin satışı zamanı ölkə ərazisində qanunvericiliyə uyğun qorunan (qeydiyyata alınmış) "AUX" əmtəə nişanından qanunsuz istifadə etməklə, sahibkar Vəliyev Dadaş Azadəli oğlu isə istehsalını və satışını həyata keçirdiyi süd məhsullarının etiketlərində əsassız olaraq "İVANOVKA" coğrafi göstəricisindən qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verib və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozublar.

Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə yuxarıda adları qeyd olunan təsərrüfat subyektlərinə icrası məcburi göstərişlər verilib.

Sahibkar Qurbanov Vüsal Nəriman oğlunun kontrafakt hesab edilən "AUXs" adlı kondisionerlərin satışında cinayət tərkibi əlamətlərinin olması nəzərə alınaraq iş üzrə materiallar aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
Dünən, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
Dünən, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
Dünən, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
Dünən, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
Dünən, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
Dünən, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda sürücülər doğum şöbəsinin yolunu zəbt edib?

Bütün xəbərlər
Dünən, 12:26

Sumqayıtda binanın zirzəmisində acınacaqlı durum

Bütün xəbərlər
Dünən, 11:38

Azərbaycanda gələn il bütün köhnə avtobuslar yenilənəcək

Bütün xəbərlər
Dünən, 10:37

SDU rəhbər vəzifələrə işçi axtarır

Bütün xəbərlər
Dünən, 10:02

Sumqayıt Apellyasiya Məhkəməsi qızına xəsarət yetirən atanın şikayətini təmin etmədi

Bütün xəbərlər
Dünən, 09:15

SDU-da əcnəbi tələbələr üçün orientasiya görüşü keçirilib

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
27 oktyabr 2026, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
27 oktyabr 2026, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
27 oktyabr 2026, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
27 oktyabr 2026, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
27 oktyabr 2026, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

Oxşar xəbərlər