Sumqayıtda fəaliyyət göstərən bir qrup müəllim "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.
Sumqayit24.az xəbər verir ki, Müəllimlər Günü münasibətilə təltif edilən müəllimlərə müvafiq medallar təqdim olunub.
Təltif olunan təhsil işçilərinin siyahısını təqdim edirik:
Ceyhunə Ağayeva - Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyinin biologiya müəllimi;
Xavər Əhmədova – 33 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
Sevinc Həmzətova – "Təfəkkür" liseyinin kimya müəllimi;
Hənifə Hüseynova – 2 nömrəli tam orta məktəbin tarix müəllimi;
Vladim İbrahimov – 39 nömrəli tam orta məktəbin direktoru;
Səadət Məmmədova – 4 nömrəli tam orta məktəbin direktoru;
Xuraman Qurbanova – Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
Elnarə Qurbanzadə – 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
Araslan Rzayev – Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin direktoru;
Rəhilə Səfərova – Təbiət elmləri təmayüllü gimnaziyanın ingilis dili müəllimi;
Maya Yaradanquliyeva – 23 nömrəli tam orta məktəbin musiqi müəllimi.