Sumqayıtda köhnə binalar söküləcək. Sumqayıt24 bu haqda 4 mart tarixində AzTV-yə istinadən xəbər verir.
Kotec, H.Z. Tağıyev və İnşaatçılar qəsəbəsində olan alman və fin evləri yararsız vəziyyətdədir. Onlardan 114-ü taxta konstruksiyalı və barak tiplidir. Sakinlər bu tikililərdə qorxa-qorxa yaşayırlar.
Hazırda burada yaşayan insanların qeydiyyatı aparılır. Belə ərazilərdə sosial evlər və ya digər pilot layihələrin icrası nəzərdə tutulur. Evləri plana düşən ailələr yeni tikiləcək binalarda mənzillə təmin ediləcəklər. İstəmədikləri halda qiymətləndirmə aparılacaq və dəyəri qədər vəsait ödəniləcək.