Saray qəsəbə sakini 4 uşağı ilə birlikdə itkin düşüb. Bu haqda 4 may tarixində Sumqayıt24 Lent.az-a istinadən xəbər verir.
Qəsəbə sakini S. Fərəcova övladları: 7 yaşlı Vaqif, 10 yaşlı Mahmud, 5 yaşlı Nihad və 5 yaşlı Nurayla birlikdə yaşadığı evdən çıxıb gedib və onlar bir daha geri qayıtmayıblar. Hadisə ilə bağlı polisə məlumat daxil olub.
Hazırda onların axtarışları həyata keçirilir.