Sumqayıt şəhər Gənclər Kitabxanasında “Aprel döyüşləri - Zəfər salnaməmizin ilk misraları” adlı tədbir keçirilib. Bu haqda 4 aprel tarixində Sumqayıt24 xəbər verir.
Aprel döyüşlərinin 7-ci ildönümü münasibətilə təşkil olunan tədbirdə 12 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər. Toplantının əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı, kitabxananın böyük mütəxəssisi Rəhilə Bağırova mözvu ilə bağlı çıxış edərək Aprel döyüşlərinin başvermə səbəbləri və nəticələri haqqında tarixi faktları şagirdlərin diqqətinə çatdırıb. Daha sonra iştirakçılara “Azərbaycan tarixinin qürur günü” adlı sərgi haqqında məlumat verilib. Tədbir aprel döyüşlərinə həsr olunan videoçarxın nümayişi ilə yekunlaşıb.