Bu gün şəhid Murad Məmmədovun doğum günüdür.
Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Murad Məmmədov 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.
Məmmədov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhidimiz aprelin 5-i doğulduğu Sumqayıt şəhərinin Şəhidlər xiyabanında son mənzilə yola salınıb.
Murad göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.