Xalq artistinin arvadı Sumqayıtda dəfn olunacaq. Sumqayıt24 bu haqda 27 iyun tarixində Modern.az-a istinadən xəbər verir.
Mərhum Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva dünyasını dəyişib. O, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda, oğlu Fərid Quliyevin yanında torpağa tapşırılıacaq.
Qeyd edək ki, Gülzar Quliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi.