Sumqayıtda qanvermə aksiyası keçiriləcək. Bu haqda 12 iyul tarixində Sumqayıt24 xəbər verir.
Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, Aşura günündə keçiriləcək aksiya "Cümə" məscidində təşkil olunacaq.
Qeyd edək ki, bu il Aşura günü iyulun 16-na təsadüf edir.