Sumqayıtda maşından oğurluq edilib. Sumqayıt24 bu haqda 2 avqust tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Hadisə Kimyaçılar qəsəbəsində baş verib. “Kia” markalı avtomobildən içərisində 300 manat, bank kartları və sənədlər olan pul kisəsi oğurlanıb. 2-ci Polis Bölməsi əməkdaşları şübhəli qismində yeniyetməni tutublar.
Fakt araşdırılır.