Azərbaycanda məktəblərə dair statistika açıqlanıb.
Yeniavaz.az-ın məlumatına görə, 2023/2024-cü tədris ilinin əvvəlinə ölkədə 4422 ümumi təhsil müəssisəsi (orta məktəb) olub. Bu məktəblərdə 1 milyon 704 min 217 şagird təhsil alır.
Ümumi təhsil müəssisələrinin 99,2%-i və ya 4388-i dövlət, 34-ü isə özəl məktəbdir. Özəl məktəblərin 2-si Sumqayıt şəhərində fəaliyyət göstərir.