top
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov haqqında xatirələr
13 iyul 2023, 23:49
- +

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov haqqında xatirələr

Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələnin Vəndam kəndində anadan olub.

O, uşaq ikən ailəsi ilə Sumqayıta köçüb, burada 28 və 34 nömrəli məktəblərdə oxuyub. Polad Həşimov 2020-ci il iyulun 13-dən 14-nə keçən gecə Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olub. 9 dekabr 2020-ci ildə Polad Həşimov “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Sizinlə Polad Həşimov haqqında maraqlı faktlar və yaxınlarının xatirələrini bölüşürük:


  • Polad Həşimov dərslərini yaxşı oxuyurdu, Sumqayıtda riyaziyyat fənni üzrə olimpiada yarışlarında ikinci yeri tutmuşdu, hətta Türkiyədə təhsil alması üçün toyunu bir dəfə təxirə də salmışdı.

  • Həşimov özü haqqında tərif söylənməsini xoşlamazdı. Sosial şəbəkələrdə, saytlarda haqqında məlumata rast gələndə, ertəsi gün zəng vuraraq, minnətdarlığını bildirib, məlumatı silməyi xahiş edərdi ki, həmin yazı qələbə günü paylaşılsın.

  • Xanımı Ofelya Salmanovanın xatirələrindən: “Aprel döyüşlərindən 4 gün sonra mənə zəng etdi ki, hər şey yaxşıdır. Amma sonra 20 gün müddətinə gəlmədi. Evə gələndə yerişində problem olduğunu gördüm. Ancaq yaralanmasını yenə də bizə bildirmədi”.

  • Polkovnik-leytenant Etibar Quliyevin sözlərindən: ‘‘O, cibində olan, bəlkə də, son qəpiyini məzuniyyətə gedən əsgərə təklif edirdi ki, sənin pulun yoxdur. Mən səni pulla təmin edirəm, get evinə”.

  • Ehtiyatda olan polkovnik-leytenant Loğman Xanlarov: “Bir dəfə elə oldu ki, onun əsgərlərinin biri ilə yol yoldaşı oldum. Əsgərin sözlərinə görə, maşınla gedərkən yolda ermənilər onları görür. Hər an hərəkətdə olan maşını vura bilərlər. Sükan arxasında olan əsgər ehtiyat edərək maşını saxlayıb… Komandir başa düşüb ki, əsgər qorxduğu üçün yola davam etmək istəmir, bu zaman kürəyi ilə əsgərin qarşısını kəsib və deyib: “Yola davam elə, əgər atsalar, güllə birinci mənə dəyəcək…””

  • Keçmiş əsgər Ələsgər Əsgərli: “Yeni il günü idi. Posta qalxmışdıq. Üstəlik, hava çox soyuq, şaxtalı, qarlı idi... Bütün əsgərlərlə bir yerdə hərbi maşınlara mindik. Dağa qalxdığımız vaxt, sən demə, Polad Həşimov da öz xidməti maşını ilə arxamızca gəlirmiş. Biz posta çatanda Həşimov da özünü bizə çatdırdı. Onu görəndə təəccübləndik. Bizi yanına çağırdı, tapşırıqlarını verdi və maşınından bir iri qutu hədiyyə, şirniyyat çıxartdı. Onları bizə verdi. O an əsgərlər çox sevinmişdi. Həm də bayram idi”.


 

Ədəbiyyat: 


  1. Hikmət Xudiyev (Cəmilzadə). Milli Qəhrəman Polad Həşimov. Bakı-2021.

  2. http://anl.az/el/emb/MILLI_QEHREMANLAR/qehremanlarimiz/Heshimov_Polad.pdf

  3. https://mod.gov.az/az/news/tovuz-rayonu-istiqametinde-siddetli-doyusler-gedir-31469.html

  4. http://sumqayit-ih.gov.az/az/news/715.html


 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 16:00

İcra başçısının "arpa işi" Sumqayıt məhkəməsində

Bütün xəbərlər
Bu gün, 15:30

Dərslərlə birlikdə Saray sakinlərinin "qara günləri" də başladı

Bütün xəbərlər
Bu gün, 15:00

Sumqayıtda yeni üsul - Divarlar zibil qutusu "vəzifəsində"

Bütün xəbərlər
Bu gün, 14:20

Sürücülərin Bakı-Sumqayıt yolu dərdi bitmir

İdman
Bu gün, 13:41

Səbuhi Abdullazadə qayıdacaq, amma kapitanlıq... – "Sumqayıt"dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:07

Sumqayıt məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmə qərarı

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıt yolunda narahatedici vəziyyət

Bütün xəbərlər
Bu gün, 12:09

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Bütün xəbərlər
Bu gün, 11:30

Azərbaycanda əhalinin sayı ARTIB

Bütün xəbərlər
Bu gün, 10:54

Sumqayıt musiqi mədəniyyətinə AĞIR İTKİ

Bütün xəbərlər
Bu gün, 10:25

Rusiyada yaşamış Sumqayıt sakini niyə uşaqlarına vətəndaşlıq ala bilmir?

Bütün xəbərlər
Bu gün, 09:49

Bakı-Sumqayıt yolunun bir hissəsi işıqsız qaldı

Bütün xəbərlər
Bu gün, 09:12

Bakı–Sumqayıt qatarlarında reys sayı artırılır – YENİ QRAFİK

Bütün xəbərlər
Dünən, 18:00

Divarları çatlayan, eyvanları çökən yataqxana – Sumqayıtdan şikayət

Bütün xəbərlər
Dünən, 17:17

Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda poliklinika 3,9 milyon manata əsaslı təmir olunacaq

Bütün xəbərlər
Dünən, 16:22

Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

Bütün xəbərlər
Dünən, 16:17

Sarayda içməli su israfı İDDİASI: "Bura heç vaxt təmir edilmir"

Bütün xəbərlər
Dünən, 15:47

Bakı-Sumqayıt qatarlarında REKORD - 52 min adam daşınıb

Bütün xəbərlər
Dünən, 15:17

Sumqayıtda yumurta qıtlığı - qiymətlər artacaq, yoxsa?...

Bütün xəbərlər
Dünən, 14:47

Sumqayıtda sabah 32 dərəcə isti olacaq

İdman
Dünən, 14:17

İki böyük şəhərin komandaları üz-üzə gələcək

Bütün xəbərlər
Dünən, 13:47

Sumqayıt yol qazıldı, hərəkət məhdudlaşdı

Oxşar xəbərlər