Sumqayıtda azyaşlının barmağında dəmir halqanın sıxılaraq qalması barədə FHN-in "112" qaynar xəttinə məlumat daxil olub. Sumqayıt24 bu barədə 10 noyabr tarixində nazirliyə istinadən xəbər verir.
Çağırış ünvanına FHN-in xilasetmə qüvvələri cəlb olunub. Əməkdaşlar həkim nəzarəti altında halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.