Respublika ərazisində keçirilən "Təmiz hava" aylığı çərçivəsində Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən nəzarət tədbirləri davam etdirilir.
Məlumata görə, tədbirlər zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb. Atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan nasazlıqların aradan qaldırılmasının vacibliyi sürücülərin diqqətinə çatdırılıb.
Video: Şəmistan Fikrətli