Sumqayıt Dövlət Universitetinin (SDU) əməkdaşının həmmüəllifi olduğu elmi məqalə nüfuzlu jurnalda dərc olunub.
Sumqayit24.az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.
SDU-nun Təbiət Elmləri və Riyaziyyat fakültəsinin Riyaziyyat kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Günay Rzayevanın həmmüəllifi olduğu elmi məqalə nüfuzlu "Microscopy Research and Technique" jurnalında dərc olunub.
Belə ki, "Transmission Electron Microscopy-Based Analysis of Silver Nanoparticle–Induced Ultrastructural Damage and Bioaccumulation in Heterakis dispar (Nematoda: Heterakidae) Under In vitro Conditions" adlı məqalə elmi jurnalda yayımlanıb.