top
Sumqayıtdan Xocalıya qayıtdı – 37 illik həsrət bitdi
Bu gün, 16:20
- ↺ +

Sumqayıtdan Xocalıya qayıtdı – 37 illik həsrət bitdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Beş yaşında ayrıldığı Xocalıya 38 yaşında qayıtdı. Uşaqlığı doğma torpaqdan uzaqda keçsə də illər sonra atasının danışdığı o gözəllikləri gördü. Bu gün Mahnur Fatalıyeva üçün Xocalı sadəcə doğulduğu və uşaqlıq xatirələrinin bağlı olduğu yer deyil, ailəsi ilə birlikdə yaşadığı, övladlarının böyüdüyü doğma yurddur.

Mahnur Fatalıyeva xbildirib ki, 5 yaşında ikən Xocalıdan ayrılıb. Sonrakı illərdə uşaqlığı Sabunçu rayonundakı Zuğulba Sanatoriyasında keçib. 2017-ci ildə ailə qurduqdan sonra isə Sumqayıt şəhərində yaşayıb. Uşaqkən ayrıldığı doğma yurduna 2025-ci ildə 37 yaşında qayıdıb.

Mahnur xanım deyir ki, indi onun həyatının ən doğma ünvanı Xocalının Təzəbinə kəndindəki üçotaqlı evdir: 

"Dövlət tərəfindən üçotaqlı evlə təmin olunmuşuq. Şəraitimiz çox gözəldir. Yayda günümüz daha xoş keçir, qonaqlarımız olur, samovar qaynadırıq. Şuşanı, Xankəndini gəzirik. Nə xoş ki, doğma yurduma yenidən qayıtmağı, o gözəlliyi görməyi Allah-təala bizə nəsib elədi".

Müsahib deyir ki, işi ilə əlaqədar Bakıya gedəndə belə Xocalı üçün darıxır. Uzun illər başqa şəhərlərdə yaşasa da, doğma torpağın yerini heç nə verməyib: 

"İşimiz olduğu halda Bakıya gedəndə bura üçün çox darıxıram. Yəni illərim Bakıda keçsə belə, öz vətənim üçün, öz torpağım üçün bir saat belə qala bilmirəm, darıxıram".

Bu gün onun doğma yurda qayıdış sevincini övladları da yaşayırlar. Banu və Batuxan Xocalı şəhər 1 nömrəli məktəbdə təhsil alırlar.

Mahnurun Xocalı ilə bağlı xatirələri isə daha çox atasının danışdıqları ilə formalaşıb. O, doğma yurdun təbiətini uşaqlıqda atasının söhbətlərindən tanıyıb. Çayları, bulaqları, meşələri, dağları onun üçün illərlə bir təsəvvür olaraq qalıb. Xocalıya qayıtdıqdan sonra həmin təsəvvürlərin gerçək mənzərəsini görüb:

"Qarabağımın hər qarışı, hər şəhəri, hər kəndi çox gözəldir. Hər bir yerin özünə məxsus gözəlliyi var. Çayları, bulaqları, meşəsi, dağları... Mən atamdan hər dəfə eşidirdim buranın gözəlliklərini. Mənə həmişə maraqlı gəlirdi. Atam Qarabağın təbiətindən, havasından, suyundan danışırdı. Axır ki, özüm öz gözlərimlə gördüm. Doğrudan da, təbiəti insana hüzur verir".

İndi Mahnur üçün atasının illər əvvəl danışdığı Xocalı artıq uzaq və əlçatmaz bir xatirə deyil. O, həmin torpaqda yaşayır, övladları burada böyüyür. Bəlkə də buna görə onun dilindən səslənən son cümlə illərlə davam edən həsrətin, qayıdışın və bu gün yaşadığı sevincin ən qısa ifadəsidir: 

"Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam".

 

Son xəbərlər

İdman
Bu gün, 17:40

"Sumqayıt" "Qəbələ"ni qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 17:20

Sumqayıtda torpaq sahəsini qanunsuz zəbt edənə bəraət verildi

Bütün xəbərlər
Bu gün, 16:50

Sumqayıtda polis "Təmiz hava" aylığı tədbirləri keçirdi

Bütün xəbərlər
Bu gün, 15:50

Noyabrda Azərbaycanda 11 qeyri-iş günü olacaq

İdman
Bu gün, 15:20

"Sumqayıt"ın amerikalı basketbolçusu: "Azərbaycana qayıtdığıma çox şadam"

Bütün xəbərlər
Bu gün, 14:47

"Deyirlər maşın yoxdur, işçi yoxdur" - Sumqayıtda zibil böhranı

Bütün xəbərlər
Bu gün, 14:10

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 13:37

Sumqayıtda Azərbaycanla Türkiyə sənaye zonaları ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Bütün xəbərlər
Bu gün, 13:00

Ötən ay Sumqayıtda batan ahılın meyiti tapıldı

Bütün xəbərlər
Bu gün, 12:24

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıtlı gənc toyuq bişirdi, Türkiyədə ikinci yeri tutdu

Bütün xəbərlər
Bu gün, 11:19

Sumqayıtda 15 yaşlı oğlan bıçaqlandı

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıt Sənaye Parkında yeni sənaye sahələri yaradılır

İdman
Bu gün, 10:42

Sumqayıtlı cüdoçu dünya çempionatına qoşulur

Bütün xəbərlər
Bu gün, 10:10

Fatma Bayramova son mənzilinə belə yola salındı

Bütün xəbərlər
Bu gün, 09:37

Sumqayıta yeni zibil maşınları və konteynerlər gətirildi

Bütün xəbərlər
Bu gün, 09:00

Sumqayit24.az-ın İnstaqram səhifəsi bərpa edildi!

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən Müharibəsinin 12-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 18:10

"Elə bil burada insan yaşamır": Yaşıl Dərə zibil içində

Bütün xəbərlər
Dünən, 17:44

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı fərman

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda avtobus marşrutları müsabiqəyə çıxarılır

Bütün xəbərlər
Dünən, 17:18

Sumqayıt-Bakı qatarlarında niyə izdiham yaranıb? – ADY-dən açıqlama

Oxşar xəbərlər