Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yenidən uzun tıxac yaranıb. Bu barədə Trend məlumat yayıb.
Tıxac Masazır körpüsündən başlayaraq 20 Yanvar dairəsinə qədər müşahidə edilir.
Sıxlığın qarşısını almaq məqsədilə Saray postu yaxınlığından avtomobillər hissə-hissə yola buraxılır.
Tıxacın yaranmasında səbəb yağışlı hava şəraitidir.