Kəskin hava şəraiti ilə əlaqədar Bakı-Sumqayıt-Bakı qatarlarının sürəti azaldıla bilər. Bu haqda bu gün, 14 yanvar tarixində Azərbaycan Dəmir Yolları məlumat yayıb.
Bu tədbir sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir. Küləyin sürətinin yüksək olduğu ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) qatarların sürəti endiriləcək. Bu səbəbdən qatarların hərəkətində gecikmələrin yaranma ehtimalı var. Həmçinin platformalarda diqqətli olmağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik.