Bakı-Sumqayıt yolunda işıqlandırmanın olmaması vətəndaşların narazılığına səbəb olub.
Sumqayit24.az-a daxil olan məlumata görə, Hacı Zeynalabdin qəsəbəsində işıq dirəkləri yoxdur və nəticədə də ərazidə işıqlandırma təmin edilmir.
Sürücülərin sözlərinə əsasən, gecə vaxtı işıqlandırmanın olmaması xüsusilə nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradır və ərazidə qəza riskini artırır.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və mövcud problemin aradan qaldırılmasını tələb edirlər.