Bakı-Sumqayıt yolunda baş verən qəzada bir nəfər dünyasını dəyişib. Bu haqda APA bu gün, 30 dekabr tarixində məlumat yayıb.
Məlumata əsasən, “QAZel” markalı yük avtomobili betona çırpılıb. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları meyitin avtomobildən çıxarılmasında iştirak ediblər.
Faktla bağlı araşdırma aparılır.