Sumqayıt sakini avtobusun təkərləri altında qalıb. Sumqayıt24 bu haqda 22 fevral tarixində Manset.az-a istinadən xəbər verir.
Hadisə dünən Bakının Səbail rayonunda baş verib. A. Ayvazov idarə etdiyi "BakuBus" MMC-yə məxsus sərnişin avtobusu ilə 68 yaşlı Qüdrət Qayıbovu vurub. Kişi aldığı xəsarətlərdən yerindəcə keçinib.
Araşdırma zamanı sürücünün sərxoş olmadığı müəyyən edilib.
Faktla bağlı CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.