60 nömrəli Körpələr Evi-Uşaq Bağçasının körpə fidanları müəllim heyəti ilə birgə Mərkəzi Uşaq Kitabxanasına ekskursiya ediblər. Bu haqda 9 mart tarixində Sumqayıt MUK-yə istinadən xəbər veririk.
Kitabxananın mütəxəssisi Səbinə Qasımova əvvəlcə balacaları kitabxana ilə tanış edib, sonra isə onlara kitabla düzgün rəftar etməyi öyrədib. Ekskursiya vaxtı uşaqlar oxu zalında Azərbaycan nağıllarını dinləyiblər. Balaca fidanlar “Qoğal”, “Qırmızıpapaq” kukla tamaşalarını izləyiblər.
Sonda uşaqlar böyük zövqlə “danışan kitablar”a, rəngarəng uşaq ensiklopediyalarına və jurnallara baxıblar.