Sumqayıt Avtovağzalı gücləndirilmiş iş rejimində çalışacaq. Sumqayıt24 bu haqda 8 aprel tarixində xəbər verir.
Məqsəd Ramazan bayramı günlərində (10-14 aprel) əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsidir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bütün avtovağzal və avtostansiyalara tapşırıqlar verib. Sərnişin sıxlığının yaranmaması üçün xəttə əlavə avtobuslar buraxılacaq.
Vətəndaşlar biletləri https://biletim.az/ portalından, habelə avtovağzalların satış kassalarından ala bilərlər.