Sumqayıtda sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Sumqayıt24 bu haqda 4 may tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 5-də, əsasən, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 11-14, gündüz isə 17-21 dərəcə olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm-ə enəcək. Nisbi rütubət gecə 65-70%, gündüz 45-50% olacaq.