Sumqayıtda Beynəlxalq Ana Dili Günü qeyd olunub. Bu haqda Sumqayıt24 xəbər verir.
Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin açarı” adlı elmi seminar keçirilib.
Həmçinin 39 nömrəli bağçada tədbir, N. Tusi adına 12 nömrəli məktəbin 3-cü sinif şagirdlərinin iştirakı ilə isə Mərkəzi Uşaq Kitabxanasında “Günəşimdir mənim dilim” adlı ədəbi-bədii gecə təşkil olunub.