Mərkəzi Uşaq Kitabxanasında “Dostların kitab töhfəsi” adlı tədbir keçirilib. Bu haqda 14 fevral tarixində Sumqayıt MKS-yə istinadən xəbər veririk.
14 fevral Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə keçirilən görüşdə 1 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivinin Məktəbli-Kitab MMC-nin təsisçisi və direktoru Akif Şahbazovla görüşü keçirilib. Tədbir boyu şagirdlər kitab haqqında şeirlər söyləyib, Akif Şahbazovun təhsil, mütaliə haqqındakı aforizmlərindən sitatlar gətiriblər.
Görüşdə iştirak edən şair və yazar qonaqlar tədbirdəki fəallıqları ilə seçilən məktəblilərə öz kitablarından hədiyyə ediblər.