Sumqayıt tədris ocağının şagirdi riyaziyyat müsabiqəsində çıxış edib. Bu haqda 3 iyun tarixində Sumqayıt24 Təbiət Elmləri Təmayüllü Gimnaziyaya istinadən xəbər verir.
Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 8b sinif şagirdi Davud Tarıverdili Özbəkistanın Daşkənd şəhərində keçirilən “International Al-Khwarizmi Junior Mathematical Olimpiad” müsabiqəsində 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, məktəbli 23-28 iyun tarixlərində Albaniyada keçiriləcək “Junior Balkan Mathematical Olimpiad” yarışında Azərbaycanı təmsil edəcək komandanın tərkibinə daxil edilib.