Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib.
Məlumata görə, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb.
Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.
Məhkəmənin müvafiq qərarı ilə Rasim Yusifov barəsində 25 sutka müddətinə inzibati həbs qərarı verilib.
Bundan əlavə, o, müvafiq narkoloji dispanserdə qeydiyyata alınaraq məcburi müalicəyə cəlb edilib.
Qeyd edək ki, Güllü Muradova Sumqayıt Musiqi Kollecində Xanəndə ixtisası üzrə Fənn Birləşmə Komissiyasının sədri vəzifəsində fəaliyyət göstərir.
Mənbə: Qafqazinfo.az