Binəqədi-Novxanı yolunda avtoqəza qeydə alınıb. Bu haqda 18 mart tarixində Sumqayıt24 Qafqazinfo.az-a istinadən xəbər verir.
Hadisə ötən gün axşam saatlarında baş verib. “BMW” və “Toyota” markalı avtomobillər toqquşub. Qəza zamanı 1 nəfər yüngül xəsarət alıb. Yol-nəqliyyat hadisəsi tıxacın yaranmasına səbəb olub.