Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın bir qrup işçisi fəxri fərmanla təltif edilib. Sumqayıt24 bu haqda 19 may tarixində xəbər verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirdə fəal iştirakına görə kitabxananın direktoru Natəvan Axundzadə və əməkdaşları Təranə Hüsiyeva, Nailə Əsgərova və Sevda Məhəmmədova Fəxri Fərmanla təltif ediliblər. Mükafat Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən təqdim edilib.