Sumqayıt Tibb Mərkəzinin (STM) bir qrup əməkdaşı ekskursiyada olub. Bu haqda 24 iyul tarixində Sumqayıt24 xəbər verir.
İşçilər Sumqayıt şəhərinin Tarixi Muzeyini ziyarət ediblər. Muzeyin əməkdaşı ziyarətçilərə ekspozisiya zalında yerləşən və Sumqayıt şəhərinin ərazisini əks etdirən maket, saxsı, mis qablardan ibarət guşə və şəhərin yaranması haqqında ətraflı məlumat verib. İştirakçılar Milli Qəhrəmanlar haqqında guşəyə, şəhidlərə həsr olunan “Ulduz axını” abidəsinə də baxıblar.
Sonda bələdçi ziyarətçiləri maraqlandıran sualları cavablandırıb.