Sərnişin avtobuslarının Sumqayıt Dəmiryol Vağzalına daxil olmaması ilə bağlı yenə şikayət var.
Sumqayit24.az-a müraciət edən vətəndaşların sözlərinə görə, bu dəfə problem 9 nömrəli avtobuslarda yaşanır.
Sakinlərin məlumatına əsasən, həmin avtobusların bəziləri Sumqayıt Dəmiryol Vağzalına daxil olmur. Bildirilir ki, bu vəziyyət sərnişinlər üçün müxtəlif çətinliklər yaradır.
"Niyə vağzala daxil olmadığını soruşduqda, ""ürəyim belə istədi" deyirlər. İndi mən piyada vağzala getməliyəm. Biri vağzala daxil olur, digəri isə yox. Belə bir qayda var? Bunlar keflərinə görə işləyirlər, yoxsa dədələrinin maşınıdır, istədikləri kimi sürürlər?", – deyə vətəndaş bildirib.
Xatırladaq ki, müxtəlif vaxtlarda 7 nömrəli avtobusun da vağzala daxil olmaması ilə bağlı sakinlərin şikayətləri işıqlandırılıb.
Məsələ ilə bağlı Sumqayit24.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) açıqlama verilib:
"9 nömrəli marşrut Sumqayıt Dəmiryol Vağzalının qarşısına qədər hərəkət edir. Marşrut xəttində hər hansı bir dəyişiklik yoxdur. Daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Məsələ nəzarətə götürülüb".