Taksi sürücülərinin imtahanında iştirak etməyənlərin “aqibəti” bəlli olub.
Sumqayıt24 xəbər verir ki, taksiçilər üçün avqustun 25-də imtahan keçiriləcək. İmtahanda veriləcək sualların hərbiri bir bal ilə qiymələndiriləcək. Səhv cavablar düzgün cavablara təsir göstərmir. Suallara 10-dan az olmamaqla düzgün cavab verən şəxslərə 7 il müddətində şəhadətnamə təqdim olunacaq.
Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, imtahanda iştirak etməyən şəxslər taksi fəaliyyəti göstərə bilməyəcəklər.