Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları məktəblilərlə görüş keçiriblər. Bu haqda 21 aprel tarixində Sumqayıt24 təhsil mərkəzinə istinadən xəbər verir.
Görüş peşəyönümü üzrə maarifləndirmə işlərinin aparılması məqsədilə təşkil olunub. Adıçəkilən təhsil mərkəzinin əməkdaşları tərəfindən 9 nömrəli tam orta məktəbin buraxılış sinfində təhsil alan şagirdlərə müasir dövrdə peşə təhsilinin əhəmiyyəti haqqında ətraflı məlumat verilib. Mərkəzin fəaliyyəti, tədris olunan ixtisaslar və əhəmiyyəti barədə, eləcə də mərkəzin mövcud imkanları, qəbul qaydaları haqqında elan və bukletlər paylanılıb.
Sonda müəllimləri və şagirdləri maraqlandıran suallar cavablandırılıb.