Sumqayıt Poeziya Evində “Carçı express” jurnalının təqdimatı olacaq. Bu haqda 7 iyun tarixində Sumqayıt24 “Bizim Sumqayıt” Facebook səhifəsinə istinadən məlumat verir.
Jurnalın dahi təsəvvüf-irfan şairi Yunus Əmrəyə həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimi 9 iyun saat 15:00-da baş tutacaq. Tədbirə hər kəs dəvətlidir. İştirakçılara jurnallar hədiyyə olunacaq.
Ünvan: Heydər Əliyev Parkı.