Ceyranbatan qəsəbə şagirdi beynəlxalq pianoçular festivalında yüksək 1-ci dərəcəli laureat adını qazanıb. Bu haqda bu gün, 29 dekabr tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsi məlumat yayıb.
Uşaq incəsənət məktəbinin 7-ci sinif şagirdi Nuray Allahverdiyeva “Alleqro” beynəlxalq müsabiqəsində yüksək naliyyət əldə edib.
Festival Karl Çerninin 230 illiyinə həsr olunub. Müsabiqə Nur-Sultan şəhər Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilib.
Nurayı müsabiqəyə müəllimi Yasəmən Bəşirova hazırlayıb.