Ceyranbatan qəsəbəsində kanalizasiya suları sakinlərin həyətinə axıb. Bu haqda 19 iyun tarixində Sumqayıt24 Report-a istinadən məlumat verir.
Bu hal yeraltı neft kəmərinə yaxın məsafədə qeydə alınıb. Yeraltı məişət-kanalizasiya xəttinin dolaraq məişət, kanalizasiya, yağış sularının sakinlərin həyətlərinə axması intensiv yağışın yağması və kanalizasiyanın daşması nəticəsində baş verib.
Hadisə yerinə cəlb olunmuş qurumlar tərəfindən araşdırmalar aparılıb və qarışığın kəmərdən neft sızması ilə əlaqəli olmadığı müəyyən edilib. Nəql əməliyyatı dayandırılmayıb və neft kəmərinə heç bir ziyan dəyməyib.