Ceyranbatanda "İqlim dəyişikliyi və COP ilə bağlı" maarifləndirmə tədbiri keçirilib. Bu haqda 6 aprel tarixində Sumqayıt24 xəbər verir.
Tədbir Peşə Liseyində baş tutub. Liseyin rəhbərliyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası barədə tələbələrə məlumat verib.