Ceyranbatan su anbarının ərazisində ağacəkmə aksiyası keçirilib. Bu barədə 28 aprel tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veririk.
Aksiyada nazirliyin struktur bölmələrinin əməkdaşları iştirak ediblər. Ərazidə 1000 ağac əkilib. Ümumilikdə isə bunadək 8000 sərv və 1000 Eldar şamı əkilmişdi.